AZ

Lənkəranda “SevilFest” sənədli film festivalı keçirilir - FOTO

LƏNKƏRAN, 6 iyul. TELEQRAF

VI Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı davam edir.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, bu gün şəhərin mədəni məkanlarından biri olan “Paus Brewing”də yerli və beynəlxalq qısametrajlı sənədli filmlər nümayiş etdirilib.

Gecənin əsas təqdimatı isə tanınmış rejissor Rena Effendinin “Satyrusun axtarışında” sənədli filmi olub.

Festival iyulun 7-də Lənkəranın Osaküçə kəndində keçiriləcək teatr ustad dərsi və açıq hava film nümayişi ilə davam edəcək. Tədbir çərçivəsində 8 və 9 iyul tarixlərində sənədli animasiya sahəsində maraqlı təlimlər də nəzərdə tutulub.

Qeyd edək ki, SevilFest 2020-ci ildən fəaliyyət göstərən və Azərbaycanda gender bərabərliyinə, qadın təcrübələrinə və insan hüquqlarına diqqət çəkən müstəqil film festivalıdır. Festival bu illər ərzində həm yerli, həm də beynəlxalq sənədli film həvəskarlarını bir araya gətirməyi bacarıb.

Seçilən
9
32
teleqraf.com

10Mənbələr