II ixtisas qrupunda 150 ballıq ixtisasların yer aldığı ali təhsil müəssisələrinin siyahısı məlum olub.
“Cebheinfo.az” xəbər verir ki, siyahını təhsil eksperti Vüsət Əziziov yayıb. O bildirib ki, məlumatlar 2024-cü il avqust ayında nəşr olunmuş “Abituriyent 4” jurnalından əldə edilib və 2025-ci ildəki jurnalda əlavə və dəyişilik edilə bilər.
Məlumat üçün bildirək ki, blok imtahanında azı 50 bal və yekunda buraxılış və blok imtahanı nəticəsi birlikdə azı 150 bal olan namizədlər bu ixtisasları öz ixtisas seçimi ərizəsində qeyd edə biləcəklər:
“Lakin 150-200 arası bal yığmaq və ixtisas seçimi etmək, harasa qəbul olmaq anlamına gəlmir. Yəni 150 ballıq ixtisasların balı bəzən 250-350 arasında da ola bilər. Abituriyent əgər 150+ bal (buraxılış balı + blok balı) toplayıbsa, müvafiq ixtisasları öz ixtisas seçimi ərizəsində qeyd edə bilərlər. Təbii ki,balı uyğun olsa seçimlərdəki ali təhsil müəssisəsinə qəbul ola bilər.
Beləliklə, ADA Universiteti və Bakı Ali Neft Məktəbində I,II və III ixtisas qruplarına daxil olan 150 ballıq ixtisasları yazmaq üçün abituriyentin ümumi balı azı 400 olmalıdır:
“Dövlət və ya özəl ali təhsil müəssisələri arasında heç bir fərq yoxdur Diplomlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilir. Əyani və ya qiyabi, ödənişli və ya dövlət sifarişli (pulsuz) təhsil almasından asılı olmayaraq diplomlar tanınır və namizədlər uyğun peşə ixtisası üzrə əmək fəaliyyəti göstərə bilər. Bu diplom ilə dövlət orqanlarında da işləmək mümkündür”.