AZ

Bakı Sürət Festivalının qalibləri mükafatlandırılıb

Bakı. Trend:

Bakı Sürət Festivalının qalibləri müəyyən olunub.

Trend xəbər verirki, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, Bakı ŞəhərHalqası Əməliyyat Şirkəti və “Caspian Event Organisers” şirkətininhəmtəşkilatçılığı ilə keçirilən Bakı Sürət Festivalında sürəthəvəskarları üçün rəqabətlə dolu “US Legends Cars” yarışınıntəsnifat və final mərhələləri baş tutub. Yarışı pilotlar AdilAxundov birinci, Murad Həsənov ikinci, Fərid Quliyev isə üçüncüyerdə başa vurublar.

Festival çərçivəsində drift-şou və avtomobil sənayesindəkiyeniliklərin nümayiş olunduğu sərgi də təşkil olunub.

Seçilən
8
5
az.trend.az

10Mənbələr