AZ

“Azərbaycan siyasi, iqtisadi və mədəni sferasını Rusiyanın təsirindən təmizləmək üçün fəal addımlar atır” - Saakaşvili

“Cənubi Qafqazda baş verənlər birbaşa Rusiyanın Ukraynada zəifləməsinin nəticəsidir”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili özünün “Facebook” sosial media hesabında yazıb.

O bildirib ki, Bakı hazırda NATO ilə əməkdaşlığa başlayıb. Bundan əlavə Azərbaycan Rusiyanı birbaşa təhlükə kimi görür və özünün siyasi, iqtisadi, o cümlədən mədəni sferasını Moskvanın təsirindən təmizləmək üçün fəal addımlar atır. 

Saakaşvili qeyd edib ki, Azərbaycanla Ermənistanın yaxınlaşması Rusiyaya ən ağır zərbə oldu. 

Daşqın Həsənov

Missiya.Az

Seçilən
15
42
missiya.az

10Mənbələr