“Yuventus”un futbolçusu Xosep Nonqe karyerasını Türkiyədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Kocaelispor”la razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu tibbi müayinədən sonra müqavilə imzalayacaq.
Belçikalı yarımmüdafiəçi daha əvvəl Fransanın “Tura” və İsveçrənin “Servett” klublarında icarədə olub.