AZ

“Barselona”dan Almaniya klubuna

“Ştutqart” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Barselona”dan Noa Darveyki transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Noa “Frayburq”un yetirməsidir. O, son olaraq “Barselona”nın əvəzedici komandasında çıxış edib. Yarımmüdafiəçi eyni zamanda Almaniyanın U-19 yığmasının üzvüdür.

Seçilən
32
50
futbolpress.az

10Mənbələr