Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.
Bu barədə Xarici İşlər Naziriyi "X" sosial şəbəkəsində paylaşım edb.
“ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində çoxlu sayda insanın ölüməsi və yaralanması bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk”, - deyə bildirilib.
Qeyd edək ki, ABŞ-nin Texas ştatında aramsız leysan yağışlar və Qvadalupe çayının daşması daşqınlara səbəb olub. Hadisə nəticəsində ən azı 50 nəfər həlak olub.
ZÜMRÜD