AZ

Azərbaycan XİN ABŞ-yə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.

Qaziler.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında yazılıb.

"ABŞ-nin Texas ştatının mərkəzini vuran daşqınlar nəticəsində çoxlu sayda insan ölümü və yaralanması bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk", - paylaşımda deyilir.

Qeyd edək ki, Texasda daşqınlar 50 nəfərin ölümünə səbəb olub.

Seçilən
1
50
qaziler.az

10Mənbələr