AZ

Dağıstanın rəhbəri azərbaycanlılara müraciət etdi

Bu sözləri Dağıstanın rəhbəriSergey Melikovözünün“Telegram” hesabındayazıb. Onun sözlərinə görə, indiki mürəkkəb dövrdə yaranan vəziyyətdən öz xeyrinə istifadə etməyə, nifaq toxunu səpməyə, qardaş xalqları bir-birinə qarşı qoymaq yolu ilə Rusiyanı daxildən zəiflətməyə çalışanlar tapılacaq.

- Dağıstanda buranı öz evi hesab edən xeyli azərbaycanlı yaşayır. Bizim münasibətlərimiz coğrafi yaxınlıqdan qat-qat artıqdır və tarixi, qohumluq əlaqələrini, mədəniyyəti əhatə edir.Azərbaycanlılar Dağıstanın köklü xalqıdırlar.Lakin indiki vəziyyətdə bizi təxribata çəkə, sonradan utanacağımız hərəkətlərə sövq edə bilərlər,- Melikov vurğulayıb.

O üzünü Dağıstan və Azərbaycan xalqlarına tutaraq, təxribatlara uymamağa çağırıb: “Təxribatlara uymayın, məişət millətçiliyi səviyyəsinə enməyin! Ancaq rəsmi məlumatlara inanın. Biz birlikdə çox şeylərdən keçmişik, bundan da keçəcəyik”.

Tariyel Həsənov
AzVision.az
Seçilən
3
50
azvision.az

10Mənbələr