Rusiyanın Gənclər Liqasının XIII turunda ÇSKA və “Lokomotiv” klubları arasında keçirilən görüş kütləvi dava ilə yekunlaşıb.
Moderator.az -ın Rusiya mətbuatına istinadən məlumatına görə, futbolçular və məşqçilər arasında baş verən davada ümumilikdə 40-dan çox adam iştirak edib.
Nəticədə ÇSKA-dan beş, "Lokomotiv"dən isə üç futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, görüş ÇSKA-nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.