AZ

Sinaqoqa od vuruldu: qədim Tövrat tumarları yandırıldı, baş nazir sərt tədbirlər vəd etdi - FOTO

Avstraliyanın Melburn şəhərində şok hadisə baş verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, ərəb əsilli şəxslərdən ibarət radikal qrup şəhərdəki sinaqoqlardan birini yandırıblar.

Yanğın nəticəsində sinaqoqun içərisində saxlanılan və tarixi baxımdan son dərəcə qiymətli hesab edilən 7 qədim Tövrat tumarı külə dönüb.

SİNAQ.jpeg

Hadisənin görüntülərində yandırılmış müqəddəs kitabların yanmış hissələri, sinaqoqun qarşısındakı izləmə kameralarının qeydə aldığı şübhəli şəxs və baş rəbbiya binanın girişində görülür. Melburna gələn Avstraliya baş naziri hadisə yerində mətbuat konfransı keçirib və bildirib ki, ölkənin təhlükəsizliyinə və milli dəyərlərinə təhdid yaradan ərəb radikallarına qarşı sərt qanunlar hazırlayacaqlar.

BAS

O, hətta bu şəxslərin Avstraliya torpaqlarından deportasiya olunması üçün hüquqi əsasların yaradılacağını vurğulayıb.

Hadisə Avstraliya ictimaiyyətində böyük etiraz doğurub. Yerli yəhudi icması bunu təkcə dinə deyil, bütün Avstraliya cəmiyyətinə yönəlmiş nifrət cinayəti adlandırıb.

KİLSE

Musavat.com

Seçilən
4
50
musavat.com

10Mənbələr