AZ

Zelenski: Əsirlikdə olan yüzlərlə ukraynalı geri qaytarılıb

BAKI, 6 iyul. TELEQRAF

"İyunun əvvəlindən bəri səkkiz mərhələdə yüzlərlə ukraynalının əsirlikdən azad edilərək evlərinə qayıdıb".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti VolodimirZelenski teleqram kanalında bildirib.

Onun sözlərinə görə, geri qaytarılanlar arasında Mariupol müdafiəçiləri, ölkənin Donetsk, Zaporojye, Luqansk, Xarkov, Sumı, Çerniqov və Kiyev vilayətlərində döyüşən hərbçilər, yaralılar, ağır xəstələr və hətta uzun müddət itkin düşmüş hesab edilən şəxslər də var. Onların çoxu 2022-ci ildən bəri əsirlikdə olub.

Zelenski həmçinin qeyd edib ki, geri qaytarılanlar yalnız hərbçilərlə məhdudlaşmır. Ukrayna mülki şəxslərin də azad olunmasına nail olub.

“Bu, Ukraynanın böyük komandası tərəfindən həyata keçirilən səylərin nəticəsidir. Biz hər kəsi geri qayarana qədər bu işi davam etdirəcəyik,” – Zelenski bildirib.

Seçilən
7
9
teleqraf.com

10Mənbələr