Ukrayna Rusiya ilə əsas məhbus mübadiləsinin səkkiz mərhələsini başa vurub
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
"Böyük mübadilənin səkkiz mərhələsi. İyunun əvvəlindən yüzlərlə insanımız vətənə qayıdıb. Gənclərimiz, Mariupolun müdafiəçiləri, Donetsk, Zaporojye, Luqansk, Xarkov, Sumı, Çerniqov və Kiyev vilayətlərində cəbhəni qoruyanlar. Yaralılar, ağır xəstələr. Onların əksəriyyəti 2022-ci ildən əsirlikdə idi", - o qeyd edib.
Geri qaytarılanlar arasında mülki şəxslərin də olduğunu qeyd edən Zelenski "Biz istisnasız olaraq hamını geri qaytarana qədər işimizi davam etdirəcəyik", - deyə vurğulayıb.