AZ

Lebron yola davam edəcək

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

ESPN-in yaydığı xəbərə görə, “Leykers”in forvardı Lebron Ceyms 2025/26 mövsümündə də bu komandada çıxışını davam etdirəcək. 40 yaşlı amerikalı müqaviləsindəki növbəti mövsüm üçün uzadılmanı nəzərdə tutan bənddən yararlanacaq. Onun qazancı 52,6 milyon dollar olacaq.Bununla da Ceyms karyera uzunömürlülüyünə görə MBA rekordu müəyyənləşdirəcək – 2025/26 mövsümü onun üçün bu liqada 23-cü olacaq. “Leykers”in son mövsümdə MBA-nın pley-offunun 1-ci mərhələsində “Minnesota”ya uduzduğunu da xatırladaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
34
icma.az

10Mənbələr