ESPN-in yaydığı xəbərə görə, “Leykers”in forvardı Lebron Ceyms 2025/26 mövsümündə də bu komandada çıxışını davam etdirəcək.
40 yaşlı amerikalı müqaviləsindəki növbəti mövsüm üçün uzadılmanı nəzərdə tutan bənddən yararlanacaq. Onun qazancı 52,6 milyon dollar olacaq.
Bununla da Ceyms karyera uzunömürlülüyünə görə MBA rekordu müəyyənləşdirəcək – 2025/26 mövsümü onun üçün bu liqada 23-cü olacaq.
“Leykers”in son mövsümdə MBA-nın pley-offunun 1-ci mərhələsində “Minnesota”ya uduzduğunu da xatırladaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta