ain.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
“Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov Apasport.az saytına müsahibə verib.
- “Zirə” UEFA Konfrans Liqasının püşkatması nəticəsində “Hayduk”la düşdü. Necə düşünürsüz, “Hayduk” düşə biləcək ən güclü rəqib idi?
- “Hayduk” Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə rəqib ola biləcək komandalardan ən güclüsü idi. Belə düşünməyə bir neçə səbəb var. Onlar Xorvatiyanın köklü klublarından biridir. Son zamanlar hər mövsüm avrokuboklarda mütəmadi çıxış edirlər. Hətta bu mövsüm Xorvatiyada çempion olmaq şansı var idi, bunu son turda əldən veriblər. “Hayduk” çempion “Riyeka”dan cəmi 2 xal geri qalıb.
- “Hayduk” yeni başa çatan mövsümdə çempionluq uğrunda mübarizə aparsa da, son illərdə avrokuboklarda uğurlu deyil. Hətta “Qzira Yunayted”(Malta), “Tobol”(Qazaxıstan), “Rujemberok”(Slovakiya) kimi klublara uduzub. Bu mənada, “Zirə”nin şanslarının az olmadığını düşünmək olar?
- Şans həmişə var. “Hayduk” hörmətə layiq komandadır. Ancaq bu o demək deyil ki, keçilməzdir. Rəşad Sadıqov artıq təcrübəli məşqçidir. Ötən mövsüm komandamız Konfrans Liqasında uğurlu çıxış etdi. “Zirə” “Hayduk” səddini aşacaq gücdədir.
- “Zirə” “Hayduk” səddini necə və nəyin hesabına keçə bilər sizcə? Həlledici məqamlar hansı olacaq?
- İlk növbədə yüksək motivasiya olmalı, matçboyu səbirli davranmaq lazımdır. Bu oyunlarda əsas məqamlar qeyd etdiyim məsələlərdir. Rəqibin müsbət və mənfi cəhətlərinə gəlincə, məşqçilər korpusu hər detalı futbolçulara çatdıracaqlar.
- Rafael Utziq düşərgəyə qatılmır, komandadan ayrılmaq istəyir, Salifu Sumanın ayrılığı isə an məsələsidir. Onların yoxluğunda “Zirə” üçün daha da ağır olmayacaq? Yoxsa, sizcə yeni oyunçular gətirərək komandanı qısa zamanda hazır vəziyyətə gətirib, gücləndirmək olar?
- Hər iki futbolçu “Zirə” üçün ciddi itkidir. Buna baxmayaraq, “Zirə” artıq təcrübəli komandadır. Öz oyun üslubuna da sahibdir. Düşünürəm ki,”Hayduk”la oyuna qədər bu boşluqları dolduran transferlər olacaq. Yeni transfer olmasa belə, komandada həm Utziqi, həm də Salifunu əvəzləyəcək futbolçular var.
- Yeni transferlər Yeqor Boqomolski, Brahim Konatenin “Zirə”yə xeyri çox dəyəcək? Boqomolski “Neftçi”də daim gözləntiləri qarşılaya bilmədiyi üçün tənqid edilən futbolçu idi...
- Boqomolski də, Brahim də çempionatımıza uyğunlaşmış futbolçulardır. Brahim ötən mövsüm “Şamaxı”nın heyətində yaxşı çıxış etdi. Düşünürəm ki, “Zirə”yə də faydalı olacaq. Boqomolski haqda da eyni fikirdəyəm. Rəşad Sadıqov Boqomolskidə “Zirə”yə fayda verəcək potensialı görməsə, onu komandaya dəvət etməzdi.
“Turan Tovuz”da 3 yeni təyinat - RƏSMİ
Portuqaliyalı futbolçu “Kəpəz”də - RƏSMİ
"Zirə"nin rəqibindən qələbə
Fərid Qayıbov BMT rəsmisi ilə görüşüb
"Qarabağ"ın sabiq legioneri çinlilərin radarında
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.