AZ

Məşhur rusiyalı futbolçu kafedə iki nəfəri döydü - VİDEO

Rusiya yığma komandasının sabiq futbolçu Fyodor Smolov Moskvanın mərkəzində iki nəfəri döyüb.

Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 28-də səhər saat 7:30-da kafedə baş verib.

İnsidentin videosu isə ictimaiyyətə yeni məlum olub.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Məşhur futbolçu ötən mövsüm “Krasnodar”ın heyətində Rusiya çempionu olub. Mayın 27-də klub hazırda azad agent olan 35 yaşlı hücumçu ilə müqavilənin bitdiyini açıqlayıb.

Qeyd edək ki, həmin kafedə futbolçuların iştirakı ilə əvəllər də qalmaqal baş verib. 2018-ci ildə Rusiya millisinin sabiq futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev də həmin obyektdə dava salmışdılar.

Seçilən
1
9
teleqraf.com

10Mənbələr