AZ

İspaniyada qətl planlaşdırmaqda şübhəli bilinən dörd isveçli həbs edilib

Stokholm, 6 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

İspaniyada 4 İsveç vətəndaşı həbs olunub.

AZƏRTAC “Boras Tidning” nəşrinə istinadla xəbər verir ki, saxlanılan şəxslər cinayətkar qruplaşmanın tapşırığı ilə qətl törətmək məqsədilə bu ölkəyə gəliblər.

Həbs edilənlər arasında İsveçin Buros şəhərindən olan 16 və 19 yaşlılar da var. Onların hər ikisi “Lejonen” (“Lions”) cinayətkar şəbəkəsi ilə əlaqəlidirlər. Bundan əlavə, 19 yaşlı şübhəlinin “Rumba” qruplaşması ilə də əlaqələrinin olduğu bildirilir.

Hələlik hadis\nin digər təfərrüatları açıqlanmır.

Seçilən
14
41
azertag.az

10Mənbələr