AZ

Bərdədə əməliyyat - Polis 5 kq narkotik vasitə aşkarladı (VİDEO)

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb.

"Unikal" xəbər verir ki, axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb. Həmin şəxsin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
10
2
unikal.az

10Mənbələr