AZ

“Sabah”dan ayrılan futbolçu “Zirə”də

"Sabah" klubundan ayrılan Vinsent Till karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub.

Bizim.Media xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçi Azərbaycanda qalacaq.

O, "Zirə" ilə anlaşıb və hər hansı problem çıxmasa, komandanın Türkiyədəki təlim-məşq toplanışına qoşulacaq.

Qeyd edək ki, lüksemburqlu oyunçu 2023-cü ildən "Sabah"da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
9
50
bizim.media

10Mənbələr