AZ

Generalın qızı hökuməti ittiham etdi

"Atamın yeri hər neçə saatdan bir dəyişirdi. Yanında heç bir ağıllı cihaz yox idi və bütün təhlükəsizlik protokollarına əməl olunurdu. Buna baxmayaraq, o, bir neçə dəfə hədəfə alındı, son həmlədə öldürüldü".

XəzərNews.az Gunaz TV-yə istinadən xəbər verir ki, bu barədə açıqlama verən general-mayor Əli Şadmaninin qızı Mehdiyyə Şadmani hökumətin yalan danışdığını bildirib.

Qeyd edək ki, İran rəsmiləri Hərbi sistemdəki casus çoxluğunun qalmaqalını ört-basdır etmək məqsədilə “WhatsApp” messencerinin komandirlərin izlənməsi və öldürülməsində rol oynadığını, o cümlədən İsmayıl Haniyənin yerinin də bu yolla müəyyən edildiyini bildirmişdi.

Xəbər 6 dəfə oxunub.
Seçilən
13
50
xezernews.az

10Mənbələr