AZ

“Ədəbiyyat xalqın ruhunu diri saxlayır və daim hərəkətverici faktor kimi çıxış edir”

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı, “Obraz Coffee house”un dəstəyi ilə, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə "Ana dili" adlı qiraət müsabiqəsi keçiriləcək.

Bununla bağlı Moderator.az-a açıqlama verən Xalq şairi Sabir Rüstəmxanlı bu kimi tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib:

“Ədəbiyyat cəmiyyətin, xalqın həyatında həmişə ciddi  rol oynayıb, hərəkətverici faktor kimi çıxış edib. Ədəbiyyat xalqın ruhunu diri saxlayır. Buna görə də Bəxtiyar Vahabzadə kimi şairlərin yada salınması, onların yubileylərinin keçirilməsi, əsərlərinin gənc qiraətçilər tərəfindən səsləndirilməsi olduqca vacib və əhəmiyyətlidir.

Bəxtiyar  Vahabzadənin yubileyi ilə bağlı bədii qiraət müsabiqəsinin keçirilməsi müsbət bir haldır. Bu, həm Bəxtiyar Vahabzadənin yaradıcılığına, həm də poeziyamıza marağı artıracaq.

Buna görə də bu cür tədbirlərin əhgəmiyyəti oluqca böyükdür. Bu, tarixi yaddaşımızn qorunması baxımından da həyati əhəmiyyət kəsb edir”.

Seymur ƏLİYEV

 

Seçilən
15
5
moderator.az

10Mənbələr