AZ

Azərbaycan ABŞ-yə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.

Day.Az-ın məlumatına görə, bu barədə Xarici İşlər Naziriyi "X" sosial şəbəkəsində paylaşım edb.

"ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində çoxlu sayda insanın ölüməsi və yaralanması bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk", - deyə bildirilib.

Qeyd edək ki, ABŞ-nin Texas ştatında aramsız leysan yağışlar və Qvadalupe çayının daşması daşqınlara səbəb olub. Hadisə nəticəsində ən azı 50 nəfər həlak olub.

Seçilən
0
50
day.az

10Mənbələr