AZ

Şəki Teatrında “Dar ağacı” tamaşasına ictimai baxış olub

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncama və Mədəniyyət Nazirinin yubileyə dair Tədbirlər Planına əsasən, Şəki Dövlət Dram Teatrında Xalq şairi Bəxtiyar Vahabzadənin müəllifi olduğu “Dar ağacı” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib.

Bu barədə XQ-yə Mədəniyyət Nazirindən məlumat verilib.

Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə və yadelli işğalçılara qarşı apardığı azadlıq mübarizəsi səhnələşdirilir.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədovdur. Musiqi tərtibatı bəstəkar, SSRİ Xalq artisti Aqşin Əlizadəyə, mahnıların bəstəsi Xatirə Orucovaya, səhnə döyüşlərinin quruluşu Sahib Novruzova, baletmeyster işi Çingiz Novruzəliyevə, vokal hazırlığı isə Fərqanə Salamovaya məxsusdur.

Səhnə əsərində Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşid Mirizadə, Lalə Məmməd, Gülxar İmamhüseynova, Fərahim Fətəliyev, Pərviz İsmayılov , Elvin Mabudov, Nazilə İmamhüseynova, Azad Məmmədov, Arzuman Abdullayev və Cavidan Eminov çıxış ediblər.

Tamaşadan əvvəl qonaqlar teatrın foyesində Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən və kitablarından ibarət sərgi ilə tanış olublar.

Seçilən
0
10
xalqqazeti.az

10Mənbələr