Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə və yadelli işğalçılara qarşı apardığı azadlıq mübarizəsi səhnələşdirilir.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədovdur. Musiqi tərtibatı bəstəkar, SSRİ Xalq artisti Aqşin Əlizadəyə, mahnıların bəstəsi Xatirə Orucovaya, səhnə döyüşlərinin quruluşu Sahib Novruzova, baletmeyster işi Çingiz Novruzəliyevə, vokal hazırlığı isə Fərqanə Salamovaya məxsusdur.
Səhnə əsərində Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay), Arzuman Abdullayev və Cavidan Eminov (ərəb əsgərləri) çıxış ediblər.
Tamaşadan əvvəl qonaqlar teatrın foyesində Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən və kitablarından ibarət sərgi ilə tanış olublar.








10Mənbələr
-
xalqqazeti.azŞəki Teatrında “Dar ağacı” tamaşasına ictimai baxış olub ( 18997852)
-
moderator.azŞahmat lövhəsi üzərində tarixi dram - "Şah Abbas Namə" ( 18997747)
-
olay.az“Dar ağacı” tamaşasının ictimai baxışı keçirilib ( 18997462)
-
oxu.azŞahmat lövhəsi üzərində tarixi dram Şah Abbas Namə ( 18997372)
-
manset.az“Dar ağacı” tamaşasının ictimai baxışı keçirildi ( 18997075)
-
demokrat.azŞəki Dövlət Dram Teatrında “Dar ağacı” tamaşasının ictimai baxışı keçirilib FOTOLAR ( 18996415)
-
demokrat.azŞəki Dövlət Dram Teatrında “Dar ağacı” tamaşasının ictimai baxışı keçirilib — FOTOLAR ( 18996379)
-
azadmedia.azGəncə Dövlət Milli Dram Teatrında “M.S.S” tamaşasının premyerası keçirilib. » AzadMedia.az ( 18862930)
-
azadmedia.azGəncə Dövlət Milli Dram Teatrında “M.S.S” tamaşasının premyerası keçirilib. » AzadMedia.az ( 18860731)
-
kulis.az“M.S.S” tamaşasının premyerası keçirildi ( 18822439)