AZ

Xankəndi Konqres Mərkəzində ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün geniş imkanlar var

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə iyulun 3-də açılışı olan Xankəndi Konqres Mərkəzidir.

Xankəndi Konqres Mərkəzinin nümayəndəsi Nəcəf Bədəlov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müasir texniki avadanlıqlarla təchiz olunmuş Konqres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir. Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalı, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb.

Seçilən
1
50
demokrat.az

10Mənbələr