“Real”ın baş məşqçisi Xabi Alonso 2025-ci il FIFA Klub Dünya Kubokunun Dortmund “Borussiya”sı ilə 1/4 final oyununu (3:2) şərh edib.
Arena.az BBC şəbəkəsinə istinadən, 43 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Hər şey nəzarətimiz altında idi – həm nəticə, həm də o xüsus ki, biz rəqibin nəsə etməsinə heç bir imkan vermədik. Son 10 dəqiqə azacıq ağlasığmaz alındı. Biz formamızı itirdik və fəallığımızı azacıq azaltdıq. Xoşbəxtlikdən, ciddi nəsə baş vermədi.
Ümumilikdə 80 dəqiqə ərzində yaxşı oynadıq, amma son 10 dəqiqəni isə – bax, bunun üzərində işləmək gərəkdir”, deyə Xabi Alonso vurğulayıb.
Beləliklə, “Borussiya” klublararası dünya çempionatı ilə vidalaşıb. Yarımfinala yüksəlmiş “Real” isə bu mərhələdə Fransa nəhəngi PSJ ilə qarşılaşacaq.