Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə bağlı ABŞ ilə birgə işlərin artırılması istiqamətində razılıq əldə olunub.
Xalqcebhesi.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı video müraciətdə Rusiya-Ukrayna müharibəsində son bir həftə ərzindəki hadisələri dəyərləndirib.
Zelenski, ABŞ-ın sabiq Prezidenti Donald Tramp ilə telefon danışığı apardığını deyib və "Tramp ilə çox vacib və səmərəli bir görüş keçirdik. Prezident Trampı və bütün Amerika xalqını ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik etdim", – deyə bildirib.
Görüş zamanı Ukraynanın hava hücumundan müdafiə məsələsinin müzakirə edildiyini vurğulayan Zelenski qeyd edib: “PUA-lar ilə bağlı Amerika tərəfi ilə ortaq işlərin əhəmiyyətli dərəcədə artırılması barədə razılığa gəldik. Bu həftə Ukrayna Müdafiə Nazirliyi ilə ABŞ-ın aparıcı şirkətlərindən biri arasında müqavilə imzalandı. Bu müqaviləyə əsasən, bu il Ukraynaya xüsusi şərtlərlə yüz minlərlə PUA və gələn il isə daha da çox PUA veriləcək. Xüsusilə də, qarşısını alan (önləyici) PUA-lar bizim prioritetimizdir."
Məryəm Quliyeva