AZ

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin ölkəsinə yeni müdafiə yardımı paketi vermək qərarını açıqlayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri axşam videomüraciətində bildirib.

“Bu gün İsveçi də qeyd etmək istərdim: yeni müdafiə yardımı paketi ilə bağlı qərar var. Təşəkkür, İsveç!”, – o deyib.

O, həmçinin Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı qərarların qəbulunu sürətləndirmək üçün Almaniya ilə fəal işlədiyini qeyd edib və Latviyaya təqdim olunan müdafiə paketinə görə təşəkkürünü bildirib.

İsveçin müdafiə naziri Pol Yonsson iyulun 3-də bildirib ki, ölkəsi Ukraynanın hərbi ehtiyacları üçün 1,5 milyard kron (157 milyon dollar) ayıracaq.

Daha əvvəl bildirilib ki, Latviya hökuməti ölkənin istehsalı olan 42 ədəd “Patria 6×6” zirehli transportyorunun və onların ehtiyat hissələrinin, eləcə də digər silah və sursatların Ukrayna Silahlı Qüvvələrinə tədarükünə razılıq verib.

Seçilən
9
50
nocomment.az

10Mənbələr