AZ

Tramp Putinə xəbərdarlıq etdi - yeni sanksiyalar daha sərt olacaq...


ABŞ prezidenti Donald Tramp Putinlə tez-tez sanksiyalar məsələsini müzakirə etdiyini deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti ABŞ-ın yeni sanksiyalara qərar verə biləcəyini anlayır.

"Biz sanksiyalardan çox danışırıq. Ancaq bundan məmnun deyil. İndiyə qədər bu sanksiyaların öhdəsindən gəlməyi bacarıblar, lakin bu sanksiyalar (gündəmdəki yeni sanksiyaları nəzərdə tutur) kifayət qədər sərtdir. O, yeni sanksiyaların gündəmə gələ biləcəyini anlayır" – deyə Tramp bildirib.

Xatırladaq ki, Putin və Tramp arasında son telefon danışığı iyulun 3-də baş tutub və təxminən bir saat davam edib.

TAHİR

Seçilən
12
50
baki-xeber.com

10Mənbələr