AZ

İsrailə qarşı sanksiyalar planı müzakirəyə çıxarılır

Ajans.az Axar.az-a istinadən xəbər verir ki, təkliflər sırasında İsraillə Assosiasiya Sazişinin tam və ya qismən dayandırılması, bu ölkəyə silah embarqosu, eləcə də bəzi rəsmi şəxslərə qarşı sanksiyalar var. Həmçinin ticarət məhdudiyyətləri və elmi əməkdaşlığın dayandırılması da nəzərdə tutulur. Bu təkliflər iyulun 15-də Brüsseldə keçiriləcək AB Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirəyə çıxarılacaq.

Son həftələrdə bir sıra AB ölkələri İsrailə qarşı sərt mövqe nümayiş etdirir. Lakin Almaniya və Fransa kimi ölkələr silah embarqosu və ticarət məhdudiyyətlərini dəstəkləmir. Ən real sanksiya variantı kimi isə bəzi İsrail rəsmilərinə qarşı tədbirlərin görülməsi qiymətləndirilir. Bu addımı artıq Britaniya və Norveç atıb.

Seçilən
3
23
Ajans.az

10Mənbələr