AZ

Xalq artisti autizmli uşaqlarla görüşdü -VİDEO

Hər zaman sosial layihələrdə layiqincə iştirak edən Xalq artisti və autizm səfiri Tünzalə Ağayeva bu dəfə də ənənəsinə sadiq qalaraq autizmli uşaqlarla görüşüb.

“İki sahil” xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artist Xəyyam Nisanov və müğənni Azad Şabanov “Birgə və Sağlam” ictimai birliyinin sədri Aytən Eynalovanın təsis etdiyi “Kaşalata” kafedə bir araya gəliblər. Sözügedən məkan sadə bir kafe deyil, həmin yerdə autizmli gənclərimiz çalışır, ordan əldə olunan vəsait xeyriyyə məqsədi ilə istifadə olunur.

Görüşdə sənətçilər gənclərlə birlikdə mahnılar ifa edib, rəqs ediblər, əyləncəli və unudulmaz anlar yaşayıblar.

Gecənin xüsusi qonaqlarından olan pop ulduz Tünzalə Ağayeva günün qəhrəmanları ilə birlikdə artıq himnə çevrilən “Fərqliyəm” əsərini səsləndirib. Eyni zamanda bir sıra hitlərini ifa edib.

Seçilən
5
35
ikisahil.az

10Mənbələr