AZ

Xalq artisti Tünzalə Ağayeva autizmli uşaqlarla görüşdü VİDEO

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

Xalq artisti və autizm səfiri Tünzalə Ağayeva növbəti dəfə sosial layihəyə dəstək göstərərək autizmli uşaqlarla görüş keçirib.

Doğru.az xəbər verir ki, tədbir “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalovanın təsis etdiyi “Kaşalata” kafedə baş tutub. Bu kafenin əsas özəlliyi burada autizmli gənclərin çalışması və əldə olunan vəsaitin xeyriyyə məqsədilə istifadə olunmasıdır.

Görüşdə Tünzalə Ağayeva ilə yanaşı, Əməkdar artist Xəyyam Nisanov və müğənni Azad Şabanov da iştirak ediblər. Sənətçilər gənclərlə birlikdə mahnılar ifa edib, rəqs ediblər və əyləncəli anlar yaşayıblar.

Gecənin yaddaqalan anlarından biri də Tünzalə Ağayevanın autizmli uşaqlarla birlikdə “Fərqliyəm” mahnısını səsləndirməsi olub. Pop ulduz həmin axşam həm də bir sıra sevilən hitlərini ifa edib və uşaqlara unudulmaz hisslər yaşadıb.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
38
dogru.az

10Mənbələr