"Bavariya"nın futbolçusu Camal Musiala bu gün əməliyyat olunacaq.
QOL.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi Klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə görüşdə (0:2) ciddi zədə alıb.
"Sky Sport Germany" yazır ki, Musiala bu gün Münhenə qayıdacaq və dərhal əməliyyat ediləcək.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçiyə ayaq sümüyündə qırıq və ayaq bağlarının zədələnməsi diaqnozu qoyulub. Onun 4-5 ay meydana çıxmayacağı bildirilib.