AZ

Musiala bu gün əməliyyat olunacaq

“Bayern”in futbolçusu Camal Musiala bu gün Münhendə əməliyyat olunacaq.  Msport.az xəbər verir ki, almaniyalı futbolçu klublararsı dünya çempionatının PSJ ilə 1\4 final oyununda ağır zədə alıb.

Musiala birinci hissənin sonunda parislilərin qapıçısı Canluici Donnaruma ilə toqquşduqdan sonra ağır xəsarət alıb. Hadisədən sonra yarımmüdafiəçini xərəkdə meydandan aparıblar.

22 yaşlı oyunçu əməliyyatdan sonra təxminən 4-5 ay bərpa dövrü keçəcək.

 

Seçilən
3
10
msport.az

10Mənbələr