AZ

Xankəndi Konqres Mərkəzi müasirliklə milli memarlıq ənənələrini birləşdirib - Konqres nümayəndəsi

Bakı. Trend:

Xankəndi Konqres Mərkəzi özündə müasirliklə milli memarlıqənənələrini birləşdirib.

Trend xəbər verirki, bunu jurnalistlərə açıqlamasında Xankəndi Konqres Mərkəzininnümayəndəsi Nəcəf Bədəlov deyib.

Onun sözlərinə görə, müasir texniki avadanlıqlarla təchizolunmuş Konqres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir:

“Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərliktədbir zalları, iclas, konfrans otaqları və digər müxtəliftəyinatlı otaqlar yaradılıb. Özündə müasirliklə milli memarlıqənənələrini birləşdirən Mərkəzin binasında müxtəlif konqreslər,konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalqəhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlarvar”.

O, bildirib ki, Konqres Mərkəzinin fəaliyyətinin ilkinmərhələsində 12 nəfər daimi iş yeri ilə təmin olunub:

“Onlardan 8-i Xankəndi, Xocalı, Kəlbəcər və işğaldan azadolunmuş digər ərazilərin sakinləridir. Yüksək funksionallığı vəmüasirliyi ilə diqqət çəkən Konqres Mərkəzi işğaldan azad olunmuşərazilərimizin sosial-iqtisadi potensialının inkişafına xidmət edənmühüm layihələrdən biridir. Bu Mərkəzin yaradılması bir daha sübutedir ki, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsiistiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələrardıcıl və sürətlə davam edir”.

Seçilən
1
50
az.trend.az

10Mənbələr