AZ

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

"Leypsiq"in mərkəz müdafiəçisi Kastello Lükeba karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Məlumata görə, 22 yaşlı fransalı futbolçunun xidmətində "Liverpul" maraqlıdır. Lükebanın müqaviləsindəki sərbəstqalma məbləğinin 90 milyon avro olduğu, lakin Almaniya klubunun onu daha aşağı qiymətə sata biləcəyi vurğulanıb. Mersisaydlıların bu keçid üçün Bundesliqa təmsilçisinə 50-55 milyon avroluq təklif hazırladığı diqqətə çatdırılıb. Arxa xətt oyunçusunun özünün də bu yay iş yerini dəyişmək fikrinə düşdüyü açıqlanıb.

Qeyd edək ki, son mövsümdə bütün turnirlərdə 31 matça çıxan Lükeba məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun "Leypsiq"lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir. 

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
7
fanat.az

10Mənbələr