AZ

Rusiya-Azərbaycan gərginliyi: “Dirijor qalib gələcək”

"Rusiya ilə Azərbaycan arasındakı fikir ayrılıqlarının ssenari müəllifi və dirijoru postsovet məkanından kənardadır".

Yenisabah.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalının efirində Rusiya Federasiya Şurası Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.

O bildirib: "Hazırda münaqişəli mübahisələrə, müzakirələrə, müraciətlərə cəlb olunan ölkələrin heç biri - heç kim qalib gəlməyəcək. Ssenari müəllifi və dirijor qalib gələcək. Onlar postsovet məkanından kənardadırlar, sizi buna inandırıram. Vaxt xüsusi olaraq indi seçilib, çünki Ukrayna mövzusu, münaqişə sönməyə başlayır, bəzi təmaslar başlayır. Bütün bunları bir mənasız macəraya yoğurmaq üçün indi hər şey edilir". Marqarita pizza

Karasin “Rusiya ilə Azərbaycan arasında münasibətlərdə yan-yana yaşamaq və bir-birini anlamaq kimi çoxəsrlik ənənələrin üstünlük təşkil edəcəyinə” əminliyini bildirib:

"İndi yaşadığımız kəskin emosional anı mümkün qədər tez keçməliyik və bu ölkələrin ictimaiyyətinə və ümumilikdə ictimaiyyətə kimin günahkar olduğunu, lakin əlimizdə faktlar və sübutlarla izah etməliyik. Düşünürəm ki, bütün bunlar öz həllini tapacaq".


Telegram kanalımız
Seçilən
10
50
yenisabah.az

10Mənbələr