Avstriyanın Zaltsburq əyalətinin Pinzqau bölgəsində kiçik təyyarə meşəlik əraziyə düşüb.
BAKU.WS xəbər verir ki, qəza nəticəsində təyyarədə olan 4 nəfərin hamısı ölüb.
Məlumata görə, təyyarə Almaniyanın Münhen şəhərinə yaxın bir bölgədən havaya qalxıb. Hadisə yerində axtarış və araşdırmalar aparılır. Yerli polis əraziyə girişin məhdudlaşdırıldığını bildirib.