AZ

Ucarda ağır qəza: üç nəfər...


Ucar rayonu ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlardan biri azyaşlıdır.

News24.az xəbər verir ki, qəza Bakı-Qazax magistralında, yolun Ucarın Küçəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı xəsarət alan şəxslər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
50
news24.az

10Mənbələr