EN

Avstriyada kiçik təyyarə qəzası: 4 nəfər həyatını itirib

Avstriyanın Zaltsburq əyalətinin Pinzqau bölgəsində kiçik təyyarə meşəlik əraziyə düşüb.

BAKU.WS xəbər verir ki, qəza nəticəsində təyyarədə olan 4 nəfərin hamısı ölüb.

Məlumata görə, təyyarə Almaniyanın Münhen şəhərinə yaxın bir bölgədən havaya qalxıb. Hadisə yerində axtarış və araşdırmalar aparılır. Yerli polis əraziyə girişin məhdudlaşdırıldığını bildirib.

Chosen
14
25
far.az

10Sources