ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
BMT-nin məlumatına görə, 2024-cü ildə adambaşına düşən ən yüksək dövlət borcu Sinqapur və ABŞ-də qeydə alınıb. Hər iki ölkədə bu göstərici 100 min ABŞ dollarını keçib.
BAKU.WS xəbər verir ki, Sinqapur siyahının ilk sırasında yer alıb – burada bir nəfərə düşən dövlət borcu 158 min dollar təşkil edir. ABŞ-də bu rəqəm 103,7 min dollar, Yaponiyada isə 76,9 min dollar olub.
Beynəlxalq səviyyədə orta göstərici 11,4 min dollar kimi müəyyən edilib. Borc yükü 132 ölkədə artıb, 48 ölkədə isə azalıb.
Rusiya siyahıda 99-cu yerdə qərarlaşıb – burada bir nəfərə düşən borc 3 min dollar təşkil edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.