AZ

Bərpadan sonra Notr-Dam kilsəsini 6 milyondan çox insan ziyarət edilib

BAKI, 6 iyul. TELEQRAF

Bərpadan sonra Paris Notr-Dam kilsəsini 6 milyondan çox insan ziyarət edilib.

Teleqraf Fransa mətbuatına istinadən xəbər verir ki, 16 dekabr 2024-cü ildən 30 iyun 2025-ci ilə qədər kilsəni 6,02 milyon insan, yəni gündə orta hesabla 35 min nəfər ziyarət edib.

Əgər bu aktivlik ilin ikinci yarısında da davam edərsə, 2025-ci il üçün ümumi ziyarətçi sayı 12 milyona çata bilər. Bu halda Notr-Dam Parisin Monmartr məhəlləsindəki Sakre-Kör bazilkasını (2024-cü ildə 9 milyon ziyarətçi), Luvr muzeyini (8,7 milyon), Versal sarayını (8,4 milyon) və Eyfel qülləsini (6,3 milyon) geridə qoyacaq.

"Notr-Dam bu gün Fransanın ən çox ziyarət edilən abidəsidir", - kilsənin keşişi Olivye Ribado Düma deyib. Onun sözlərinə görə, yanğından əvvəl kilsəni ildə orta hesabla 11 milyon insan ziyarət edirdi. Ribado Düma vurğulayıb ki, hazırda "hər ay ziyarətçilərin sayı gündə 1000 nəfər artır".

Seçilən
5
10
teleqraf.com

10Mənbələr