AZ

“Real” 23 illik rekordu yenilədi

style='margin-bottom:10px;'>

Klublararası dünya çempionatının 1/4 final matçında Dortmund “Borussiya”sını 3:2 hesabı ilə məğlub edən “Real” yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, Madrid təmsilçisi bir mövsümdə oyunların sayına görə İspaniya rekordunu yeniləyib.

Bu görüş madridlilər üçün 2024/2025 mövsümündə 67-ci olub.

"Real" 2001/2002 mövsümündə 66 oyun keçirib. İspaniyanın digər klublarından 2009/2010 mövsümündə “Atletiko”, 2011/2012 mövsümündə isə “Barselona” hərəyə 64 matça çıxıblar. Beləliklə, "Real" özünə aid olan rekordu yeniləiyb.

Seçilən
13
50
teleqraf.com

10Mənbələr