AZ

Laçında şirkət maşını dərəyə aşdı Xəsarət alan var

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın xəbərinə görə, rayon ərazisində hərəkətdə olan “HOWO” markalı avtomobil idarəetməni itirib. Nəticədə yüklə dolu olan maşın yol kənarındakı dərəyə yuvarlanıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Dərəyə yuvarlanan yük maşını qaldırıcı kran vasitəsilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Onun Laçında fəaliyyət göstərən şirkətlərdən birinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
50
sia.az

10Mənbələr