AZ

Maşın çökəkliyə düşdü - Sürücü öldü

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, iyulun 4-ü axşam saatlarında Şəki rayonunun Aydınbulaq kəndindən şəhər istiqamətində hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb.

Nəticədə sürücü 70 yaşlı Akif Əliyev hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında ürəktutması olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

Mübariz Muradov

Seçilən
7
4
qafqazinfo.az

10Mənbələr