AZ

Ardadan iki məhsuldar ötürmə: “Real” “Dortmund”u məğlub etdi Video

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də keçirilən klublararası dünya çempionatının 1/4 finalında “Real Madrid” Dortmund “Borussiya”sı ilə qarşılaşıb.

Yeniavaz.com xəbər verir ki, görüş “Kral klubu”nun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

10-cu dəqiqədə 21 yaşlı ispaniyalı hücumçu Qonsalo Qarsiya Türkiyə millisinin gənc ulduzu Arda Gülərin ötürməsini qola çevirə bilib. 20-ci dəqiqədə 25 yaşlı ispan müdafiəçi Fran Qarsiya fərqi iki topa çıxarıb.

Oyuna əlavə olunmuş 2-ci dəqiqədə Almaniya təmsilçisinin heyətində 22 yaşlı alman hücumçu Maksimilian Bayer fərqlənib.

Bir dəqiqə sonra İspaniya yığmasının üçüncü qolunu 26 yaşlı fransalı hücumçu Kilian Mbappe vurub. Arda Gülər yenə məhsuldar ötürmə ilə yadda qalıb.

Əlavə olunmuş vaxtın 6-cı dəqiqəsində “Real Madrid”in 20 yaşlı ispan müdafiəçisi Din Heuzen qırmızı vərəqə alıb. 2 dəqiqə sonra isə Dortmund klubunun 29 yaşlı qvineyalı hücumçusu Serou Girassi penaltini effektiv şəkildə yerinə yetirib.

“Real Madrid”in yarımfinaldakı rəqibi Fransa çempionu, kubokun və Çempionlar Liqasının qalibi PSJ olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
5
yeniavaz.com

10Mənbələr