Madrid “Real”ının uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverde müstəsna rekordu ilə diqqət mərkəzinə düşüb.
Arena.az bu barədə “Madrid Zone” dərgisinə istinadən məlumat verir.
Belə ki, 26 yaşlı futbolçu 2025-ci il FIFA Klub Dünya Kubokunun Dortmund “Borussiya”sı ilə 1/4 final oyununda (3:2) mövümdə 64-cü rəsmi oyunun keçirib.
Bu, XXI əsrdə böyük futbol beşliyi ölkələrini təmsil edən futbolçular arasında mütləq rekordun təkrarlanması deməkdir.
Daha əvvəl müvafiq nəticəyə cəmi üç futbolçu müvəffəq olub: 2009/2010-cu illər mövsümündə Xose Xurado (“Atletiko”, Madrid), 2012/2013-cü illər mövsümündə “Çelsi”nin iki oyunçusu Oskar və Fernando Torres.
Xatırladaq ki, “Real” klublararası dünya çempionatının yarımfinalına vəsiqə qazanıb və bu mərhələdə Fransa nəhəngi PSJ ilə qarşılaşacaq. Göründüyü kimi, meydana çıxacağı halda, Valverde 65 oyunla mütləq rekordçu ünvanına sahib olacaq.