AZ

ÇL in qalibi Messinin komandasına futbol dərsi keçdi

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

Futbol dünyası bu qarşılaşmanı maraqla gözləyirdi. Messinin sabiq klubuna qarşı mübarizədən maraqlı nə ola bilərdi? Amma intriqa gözləyənlərin ümidləri qətiyyən doğrulmadı. Baxmayaraq ki, mayamililərin baş məşqçisi Xavyer Masçerano güclü rəqibə layiqincə müqavimət göstərəcəklərini demişdi. Gözlənildiyi kimi, Paris nəhəngi oyuna üstün başladı. Ustari ilk epizodda Barkolanın zərbəsindən sonra komandasını xilas etsə də, ikinci təhlükə qolla nəticələndi. Vitinyanın cərimə zərbəsindən asmasını Neveş arxa dirəkdə başla dəqiq tamamladı. Luis Enrikenin komandası rəqibə heç mərkəzi belə keçməyə imkan vermirdi. Bu tempə alışmayan “İnter Mayami” müdafiədən hücuma çıxmaqda problem yaşayırdı. Növbəti qol məhz bu cür vuruldu. Təcrübəli Buskets hücumu başlamaq istəyərkən səhvə yol verdi və PSJ-nın ildırım sürətli hücumu Neveşin topu boş qapıya göndərməsi ilə nəticələndi. Maraqlıdı ki, bu ana qədər Messi topa cəmi 10 dəfə toxunmuşdu. Çempionlar Liqasının son qalibi fasilə ərəfəsində daha iki qol vurmaqla 2-ci hissəyə heç bir intriqa saxlamadı. “İnter Mayami”də ilk yarının gedişində meydana çıxan Aviles çox inamsız təsir bağışladı. Bu müdafiəçi meydana çıxan kimi sarı vərtəqə aldısa, fasilə ərəfəsində avtoqol müəllifi oldu. İlk yarıya əlavə olunmuş dəqiqələrdə isə “İnter Mayami”nin müdafiəçiləri Hakiminin vurduğu qolu izləməklə məşğul oldular. Mərakeşlinin ilk zərbəsi tirdən döndüsə, ikinci cəhdi uğurlu alındı. İlk yarıda Messinin komandası üçün qorxunc rəqəmlər ortaya çıxdı. Topa cəmi 31 faiz nəzarət edən “İnter Mayami” nə qapıya zərbə endirə bildi, nə də künc zərbəsi yerinə yetirdi. Bu kollektiv 3-cü bölgədə, yəni PSJ-nin cərimə meydançası həndəvərində cəmi 3 (!) dəqiq ötürmə verə bildi. İkinci hissədə PSJ tempi aşağı saldı. Hiss olunurdu ki, komanda artıq motivasiyanı itirib. Amma Messinin və dostlarının hətta belə vəziyyətdə də qol vurmağa gücü çatmadı. Beləliklə, ÇL-in son qalibi birhissəlik şou sayəsində adını 1/4 finala yazdırdı. “İnter Mayami” üçün isə mübarizə başa çatdı. Amma ümumilikdə bu turniri komandanın hesabına yazmaq olar. PSJ – İnter Mayami 4:0 (4:0)PSJ (Paris, Fransa): Donnarumma, Hakimi (Li Kan İn, 69), Markinyos (Beraldo, 46), Paço, Mendeş (L.Ernandes, 69), Neveş (Dembele, 61), Vitinya, Ruis (Zair-Emeri, 46), Due, Kvaratsxeliya, Barkola.İnter Mayami (ABŞ): Ustari, Veyqandt, Falkon, Allen (Aviles, 19), Alba, Redondo, Buskets, Alyende, Seqoviya (Kremaşi, 75), Messi, Suares.Qollar: Neveş, 6 (1:0). Neveş, 39 (2:0). Aviles, 44-öz qapısına (3:0). Hakimi, 45+3 (4:0).Vərəqələr: Aviles, 20. Veyqandt, 42. Suares, 74 – sarı.Hakim: Vilton Sampayo (Braziliya). 29 iyun. Atlanta. 65574 tamaşaçı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
3
icma.az

10Mənbələr