Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Klublararası dünya çempionatının 1/4 finalında Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub edən "Real Madrid" bir mövsümdə keçirdiyi oyun sayına görə ölkə rekordunu yeniləyib.
Fanat.Az "One Football"a istinadən xəbər verir ki, Almaniya təmsilçisi ilə matç "Real" üçün 2024/2025 mövsümündə 67-ci olub ki, bu da İspaniya klubları arasında tarixin ən yaxşı göstəricisidir.
Əvvəlki rekord da "Kral klubu"na məxsus idi. Madrid komandası 2001/2002 mövsümündə 66 qarşılaşmaya çıxmışdı. İspaniyanın digər klublarından 2009/2010 mövsümündə "Atletiko", 2011/2012 mövsümündə isə "Barselona" hərəyə 64 görüşdə mübarizə aparıblar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.